Ukrayna Silahlı Qüvvələri Donbassda Yelenovka yaxınlığındakı istintaq təcridxanasına raket zərbələri endirib. 

“Unikal” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib. 

Bildirilib ki, istintaq təcridxanasına hücum nəticəsində 40 ukraynalı hərbi əsir həlak olub, 75-i yaralanıb. Təcridxananın 8 əməkdaşı da xəsarət alıb.

Zərbə HIMARS raket sistemi vasitəsilə endirilib. 

//ardslediana.com/4/5013541