Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

UEFA “Fənərbaxça” – “Dinamo Kiyev” matçı zamanı “Fənərbaxça” azarkeşlərinin qarşı tərəfi qıcıqlandırmaq üçün Putin şüarları səsləndirməsiylə bağlı araşdırma başlatdığını açıqlayıb.

Musteqil.az bu barədə “Sputnik Türkiyə”yə istinadən xəbər verir.

Belə ki, UEFA Çempionlar Liqasının 2-ci Təsnifat mərhələsinin cavab matçında “Fənərbaxça” Ukrayna təmsilçisi “Dinamo Kiyev”i qəbul edib. Matçın 57-ci dəqiqəsində Kiyev Vitali Buyalskinin qolu ilə 1-0 önə keçib.

Buyalski vurduğu qolun sevincini qeyd edərkən “Fənərbaxça” tribunalarına doğru qıcıqlandırıcı hərəkətlər edib. “Fənərbaxça” tribunaları isə futbolçuya reaksiya göstərərək Rusiya prezidenti Vladimir Putinin tezahürat edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//byambipoman.com/4/5013541