Toydan qayıdanlar ağır qəzaya düşdü

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, “Mercedes” markalı minik avtomobili Quba-Xaçmaz yolunun Bəyoba kəndi ərazisində hərəkətdə olarkən sürücü idarəetməni itirib, maşın yoldan çıxaraq ağaca çırpılıb.

Hadisə zamanı toya gələn Sumqayıt şəhər sakinləri 1964-cü il təvəllüdlü Bağırov Əlimərdan Əliş oğlu, 1968-ci il təvəllüdlü Cahangirova Rəisə Nadir qızı, 1990-cı il təvəllüdlü Abdullayev Zamin Əlimusa oğlu, 1995-ci il təvəllüdlü Lalə Abdullayeva Əlimərdan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

L.Abdullayevanın vəziyyəti ağır olduğundan həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək olmayıb.

Faktla bağlı araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu