Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, “Barselona” klubu “Bavariya”nın hücumçusu Robert Levandovski üçün növbəti təklifini göndərib.

Musteqil.az xəbər verir ki, ispan təmsilçisinin təklifi 40 milyon avrodur. Bu isə birinci təklifdən 10 milyon avro çoxdur. Bildirilir ki, almanlar ispanların təklifini hələlik rədd etməyib. Məlumata görə, polşalı futbolçunun “Barselona”nın baş məşqçisi Xavi Hernandez ilə eyni restoranda müşahidə edilməsi transferin reallaşmağa yaxın olduğunu deməyə əsas verir. Bildirilir ki, “Barselona”nın növbəti hədəfi isə “Liverpul”un hücumçusu Məhəmməd Salahdır. Misirli futbolçu komandası ilə müqavilə yeniləməyib.

“Liverpul” gələn il müqaviləsi başa çatacaq Salahın azad agent kimi komandadan getmədiyini istəmədiyi üçün onu satmağa hazırdır. Salahın İspaniyada futbol oynamaq istədiyi iddia edilir.

//lephaush.net/4/5013541