Şabranda su anbarından meyit tapılıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şabran rayonunda Taxtakörpü su anbarında naməlum kişi meyitinin aşkarlanması ilə bağlı müraciət daxil olub.

FHN-dən Metbuat.az-a verilən məlumata görə, meyitin su anbarından çıxarılmasına kömək məqsədilə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin əraziyə cəlb olunub.

Görülən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Meyitin 06.07.2022-ci il tarixdən axtarışda olan 2008-ci il təvəllüdlü Ağamirzəyev Amin Şahin oğluna aid olduğu təsdiqlənib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu