Sabiq icra başçısının müsadirə olunmuş əmlakları

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun üzərinə həbs qoyulmuş əmlakları məhkəmənin hökmü ilə dövlət nəfinə müsadirə olunacaq.

Bu barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsində bu gün elan olunan hökmdə bildirilib.

Metbuat.az APA-ya istinadən sabiq icra başçısının müsadirə olunmuş əmlaklarının siyahısını təqdim edir:

– Fərdi yaşayış evləri;

– “Lexus” markalı minik avtomobili;

– Bir neçə ərazidə yerləşən müxtəlif təyinatlı torpaq sahələri

Əmlakların ümumi bazar dəyəri 2 milyona yaxın qiymətləndirilir.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunmuş sabiq icra başçısı Namiq Zeynalov bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Namiq Zeynalov Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu