Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Böyük Dəbilqə turnirində bu gün Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayacaq.

Musteqil.az xəbər verir ki, ikinci yarış günündə 73 kq-da Rüstəm Orucov və Hidayət Heydərov, 81 kq-da isə milli komandanın yeni üzvü Səid Mollayi, həmçinin Zelim Tçkayev qüvvəsini sınayacaq.

Artıq idmançıların ilk rəqibləri bəllidir. Orucov braziliyalı Daniel Karnini, Heydərov ABŞ-dan olan Cek Yonezukanı sınağa çəkəcək.

Mollayinin rəqibi Aybol Nissanali (Qazaxıstan) – Atanasios Melonelis (Yunanıstan) cütünün qalibi olacaq. Tçkayev isə startda Zaur Dvalaşvili (Gürcüstan) – Bendequz Demeter (Macarıstan) cütünün güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, ilk yarış günündə tatamiyə çıxan 4 Azərbaycan cüdoçusu medal qazana bilməyib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//byambipoman.com/4/5013541