Rusiya Beynəlxalq Kosmik Stansiyadan çıxacaq

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

ABŞ və Rusiya digər tərəfdaşlarla birlikdə 1998-ci ildən bəri Beynəlxalq Kosmik Stansiyada uğurla fəaliyyət göstərirlər. Lakin Rusiya Ukraynanı işğal etməyə başladıqdan sonra münasibətlər pisləşdi və Rusiya məruz qaldığı sanksiyalar səbəbindən layihədən uzaqlaşmaqla Qərbi hədələyib.

Metbuat.az BBC-yə istinadən xəbər verir ki, NASA Rusiyanın layihədən çıxmaq niyyəti ilə bağlı hələlik heç bir rəsmi bildiriş almadığını bildirib.

“Roskosmos”un prezidenti Yuri Borisov Vladimir Putinlə görüşdə bildirib ki, “Roskosmos” öz tərəfdaşları qarşısında öhdəliklərini yerinə yetirəcək. Lakin layihədən 2024-cü ildən sonra çıxmaq barədə qərar qəbul edilib: “Düşünürəm ki, bu vaxta qədər biz Rusiyanın orbital stansiyasının yaradılmasına başlayacağıq”, – deyən Borisov yeni stansiyanın agentliyinin əsas prioriteti olduğunu bildirib.

Keçmiş BKS komandiri və təqaüddə olan ABŞ astronavtı doktor Leroy Çiao isə hesab edir ki, Rusiyanın layihəni tərk etmək qərarına gəlməsi ehtimalı azdır: “Onların öz stansiyalarını tikmək üçün pulları yoxdur və bunu etmək üçün bir neçə il lazım olacaq. Belə davam etsələr, başqa heç nələri qalmayacaq”, – o, deyib.

Ruslar bir müddətdir ki, geri çəkilmə ilə bağlı səs-küy salır, lakin onların nə dərəcədə ciddi olduğu bəlli deyil.

Əgər Rusiya getsə, bunun problemli olacağı şübhəsizdir. Çünki stansiya tərəfdaşları bir-birindən asılı vəziyyətə salacaq şəkildə qurulmuşdur.

Ukraynanın işğalı başladıqdan sonra Rusiya və ABŞ arasında BKS üzrə əməkdaşlıq çox zərər görməyib. Bununla belə, Ukraynadakı müharibə nəticəsində Rusiya ilə Qərb arasında əməkdaşlığın digər sahələrinə zərbə dəyib. Avropa Kosmik Agentliyi Marsa rover göndərmək üçün Roskosmos ilə əməkdaşlığı dayandırıb. Rusiya isə Fransa Qvianasındakı Avropa Kosmik Agentliyinin buraxılış meydançasından özünün Soyuz kosmik gəmisinin buraxılışını dayandırıb.

Son illərdə Rusiyanın kosmik stansiyanı siyasiləşdirildiyi deyilir. Məsələn, rus kosmonavtları Ukraynanın şərqindəki rusiyayönlü separatçı bölgələrin bayraqları ilə fotoşəkillər çəkdiriblər.

Sovet İttifaqı və Rusiyanın kosmos tədqiqatlarının uzun tarixi var və 1961-ci ildə ilk insanın kosmosa çıxarılması kimi nailiyyətləri milli qürur mənbəyi olaraq qalır.

Putinlə görüşündə Roskosmos rəhbəri Borisov bildirib ki, yeni Rusiya kosmik stansiyası Rusiyanı müasir həyat üçün lazım olan kosmos xidmətləri – naviqasiya və məlumatların ötürülməsi ilə təmin edəcək.

Kosmik stansiyada ABŞ tərəfi enerji təmin edir; Rusiya tərəfi isə hərəkəti təmin edir və platformanın Yerə düşməsinin qarşısını alır.

Bu hərəkət qabiliyyəti çıxarılarsa ABŞ və onun digər tərəfdaşları – Avropa, Yaponiya və Kanada – stansiyanı vaxtaşırı səmada daha yüksəklərə qaldırmaq üçün başqa vasitələr hazırlamalı olacaqlar.

Qeyd edək ki, Beynəlxalq Kosmik Stansiya – beş kosmik agentliyin iştirak etdiyi birgə layihədir. Kosmik stansiya 1998-ci ildən Yer orbitindədir və minlərlə elmi təcrübənin aparılması üçün istifadə olunub.

Layihənin 2024-cü ilə qədər fəaliyyət göstərməsi təsdiqlənsə də ABŞ bütün tərəfdaşların razılığı ilə layihənin müddətini altı il uzatmaq istəyir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu