Raket zərbəsi ilə partlayan türk PUA-sı hərbçiləri heyrətə gətirdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ukraynada Bayraktar TB2 PUA-larını idarə edən ukraynalı hərbçilər pilotsuz aparatlarla bağlı diqqətçəkən hadisələrdən danışıblar.

Metbuat.az xəbər verir ki, Zaporojye bölgəsində Bayraktar TB2 PUA-sını idarə edən ukraynalı hərbçinin sözlərinə görə, döyüşlər zamanı rus S-300 müdafiə sistemi pilotsuz uçuş aparatlarından birini hədəfə alıb. Raket PUA-nın yaxınlığında partlayandan sonra onunla əlaqə itib. Hərbçilər PUA-nın düşdüyünü güman etsə də, ciddi zədələr alan PUA avtomatik olaraq bazaya qayıdıb. Bu, Bayraktar TB2 PUA-sının keyfiyyətini ortaya qoyur.

Ukraynalı hərbçilərdən biri isə Belarusdan Ukraynaya daxil olan rus hərbi karvanını PUA ilə necə sıradan çıxardığından bəhs edib. O bildirib ki, Bayraktar TB2 PUA-sı vasitəsilə hərbi karvandakı yanacaq daşıyan avtomobili hədəfə alıb. Silsilə partlayışlar nəticəsində hərbi karvanın irəliləməsi dayanıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu