Rafael Fiziyevdən UFC-də möhtəşəm qələbə: Rəqibini nokauta saldı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev ilk dəfə Azərbaycan bayrağı altında Mütləq Döyüş Çempionatında (UFC) növbəti görüşünə çıxıb.

Metbuat.az xəbər verir ki, 29 yaşlı idmançı ABŞ-ın Nevada ştatındakı Las-Veqas şəhərində braziliyalı Rafael dus Anyusla üz-üzə gəlib.

Fiziyev “UFC Vegas 58” turnirinin sonuncu – 5-ci raundunda rəqibini nokauta salıb. Bu, onun UFC-də ardıcıl 6-cı qələbəsi olub.

Təcrübəli düyüşçü görüşdən sonra “İndi biz idmanda ən yaxşı Rafanın kim olduğunu öyrənməliyik. Rafael Nadal – mən onu məğlub edə bilərəm” deyib.

Qeyd edək ki, Azərbaycanın digər MMA döyüşçüsü Nəriman Abbasov UFC-də ilk qarşılaşmasını sentyabrın 6-da braziliyalı İsmael Bonfimə qarşı keçirəcək.








You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu