Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev ilk dəfə Azərbaycan bayrağı altında Mütləq Döyüş Çempionatında (UFC) növbəti görüşünə çıxıb.

Musteqil.az xəbər verir ki, 29 yaşlı idmançı ABŞ-ın Nevada ştatındakı Las-Veqas şəhərində braziliyalı Rafael dus Anyusla üz-üzə gəlib.

Fiziyev “UFC Vegas 58” turnirinin sonuncu – 5-ci raundunda rəqibini nokauta salıb. Bu, onun UFC-də ardıcıl 6-cı qələbəsi olub.

Təcrübəli düyüşçü görüşdən sonra “İndi biz idmanda ən yaxşı Rafanın kim olduğunu öyrənməliyik. Rafael Nadal – mən onu məğlub edə bilərəm” deyib.

Qeyd edək ki, Azərbaycanın digər MMA döyüşçüsü Nəriman Abbasov UFC-də ilk qarşılaşmasını sentyabrın 6-da braziliyalı İsmael Bonfimə qarşı keçirəcək.







You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//eephaush.com/4/5013541