Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Sosial şəbəkələrdə qazi Elvin Cəfərovun dəfnində insident yaşanması ilə bağlı məlumatlar yayılıb.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətindən Musteqil.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar əsassızdır:

“Allahdan qazimizə rəhmət diləyir və təəssüf hissi ilə qeyd edirik ki, bəzi sosial şəbəkə səhifələri qazimizin faciəsindən öz çirkin məqsədləri üçün istifadəyə cəhd ediblər. Amma Elvin Cəfərovun ailəsi öz səbrli və təmkinli davranışı ilə onların bu cəhdini heçə çıxarıb.

Qazimizin dəfnində rayon rəhbərliyi, rayonun ictimaiyyətinin üzvləri, eləcə də onun yaxınları iştirak ediblər. Elvin Cəfərov el adət-ənənəsinə uyğun dəfn olunub. Dəfn prosesində heç bir insident qeydə alınmayıb”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//alpidoveon.com/4/5013541