“Qarabağ”ın rəqibinin əslən azərbaycanlı prezidenti kimdir?

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Xəbər verdiyimiz kimi, “Qarabağ” III təsnifat mərhələsində Macarıstanın “Ferensvaroş” klubu ilə qarşılaşacaq.

Metbuat.az xəbər verir ki, klub 1899-cu ildə qurulub. Klubun rəngləri yaşıl və ağdır, ləqəbi isə “yaşıl qartallar”dır. 33 dəfə Macarıstan Liqasının çempionu olmaqla liqada ən çox kubok qazanan komandadır.

Klubun hazırki prezidenti atası azərbaycanlı olan Qabor Qubadovdur. Qaborun anası isə Macarıstandandır. Qubadovun ailəsi 90-cı illərdə Macarıstana köç edib.

Qabor Qubadov isə 1966-cı ildə paytaxt Budapeştdə anadan olub. O, hətta 2006-cı ildə Macarıstan Milli Məclisinin deputatı seçilib. Bundan sonra isə o, klubu almağa qərar verib və hazırda prezidentdir.

Ailəlidir, 3 övladı var – Emma, Marcell, Olivia.

Qeyd edək ki, Azərbaycan çempionu Macarıstan təmsilçisini avqustun 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılayacaq. Matç saat 20:00-da start götürəcək. Komandalar arasında Macarıstandakı səfər görüşü isə avqustun 9-da keçiriləcək.

Gábor Kubatov - Alchetron, The Free Social Encyclopedia



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu