Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Xəstəyəm, qızdırma içindəyəm, ola bilsin, mexaniki olaraq səhv yazmışam (Prezident İlham Əliyevə “Facebook” sosial şəbəkəsində yazdığı təbriki nəzərdə tutur – red), amma sonradan düzəltmişəm. Təbrik mətnini yazanda 39 dərəcə qızdırma içindəydim”.

Musteqil.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev deyib.

Deputat bildirib ki, belə hallar hər kəsdə ola bilər: “Bu, sadəcə, mexaniki yanlışlıqdır. Bayram bayramdır, əsas odur ki, Cənab Prezidenti təbrik etmişəm”.

Qeyd edək ki, R.Nurullayev Prezident İlham Əliyevin Qurban bayramı ilə bağlı “Facebook” sosial şəbəkəsindəki paylaşımına təbrik yazıb. O, yanlışlıqla Qurban bayramı əvəzinə, Ramazan bayramını qeyd edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//ardslediana.com/4/5013541