1441676

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Özbəkistan parlamenti Prezident Şavkat Mirziyoyevin Qaraqalpaq Muxtar Respublikasında fövqəladə vəziyyət rejiminin elan edilməsi barədə fərmanını dəstəkləyib.

Musteqil.az xəbər verir ki, bu barədə Özbəkistan parlamentinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, iyulun 3-ü saat 00:01-dən avqustun 2-si saat 00.00-dək Qaraqalpaq Respublikasında fövqəladə vəziyyət rejiminin qüvvəyə minməsinin dəstəklənməsi barədə qərarı Senatın sədri Tənzilə Narbayeva və Qanunvericilik Palatasının sədri Nurdinjon İsmailov imzalayıblar.

Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iğtişaşların baş verdiyi Qaraqalpaq Respublikasında iyulun 3-dən avqustun 2-dək fövqəladə vəziyyət elan edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//waufooke.com/4/5013541