1441731

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İyun ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 14 873 müraciət daxil olub.

Musteqil.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən verilən xəbərə görə, daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 9 529 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 2 653 vətəndaş müraciət edib.

İyun ayında BŞTİ-yə 1 900 sənəd (vətəndaşlar tərəfindən 579 ərizə, Təhsil Nazirliyindən 331, digər qurumlardan 186, məktəblərdən 351 məktub və 453kadr ərizəsi) daxil olub. Həmçinin 791 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, I sinfə qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul,informasiya təminatı və digər məsələləri əhatə edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//intorterraon.com/4/5013541