Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Konfrans Liqasının III təsnifat mərhələsinin “Neftçi” – “Rapid” matçının hakimləri açıqlanıb.

Musteqil.az xəbər verir ki, avqustun 4-də Bakıda keçiriləcək görüşü Xorvatiyadan olan ədalət təmsilçiləri idarə edəcək.

Saat 21:00-da başlayacaq qarşılaşmada Dario Bel fit çalacaq. Ona Maryan Tomas və Kristian Novosel kömək edəcək. “Bakcell Arena”da dördüncü hakim funksiyasını Tihomir Pejin yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 11-də baş tutacaq cavab oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Matç Vyanadakı “Veststadion”da təşkil olunacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//eephaush.com/4/5013541