“Muğan” Ağır Atletika Klubunun açılış mərasimi keçirilib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bu gün Sabirabad şəhərində “Muğan” Ağır Atletika Klubunun açılışı olub.

Metbuat.az-a Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətindən verilən xəbərə görə, mərasimdə Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov, Gənclər və İdman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, millət vəkili Kamal Cəfərov və digər şəxslər iştirak ediblər.

Qonaqlar burada yaradılan şəraitlə tanış olub, fikirlərini bölüşüb, tövsiyələrini verib, uğurlar arzulayıblar.

Qeyd edək ki, “Muğan” Ağır Atletika Klubu bu il yaranıb. Klubun bazası özəl sektora məxsus olan idman zalı üçün uyğunlaşdırılmış və tam yeni təmirdən çıxmış 2 zaldan ibarətdir. Ağır atletika ilə məşğul olmaq üçün bütün avadanlıqlarla təmin olunmuş xüsusi zal 150 kv.m sahədən, ikinci zal isə 120 kv.m sahədən ibarət olmaqla, trenajor avadanlıqları ilə təmin olunub. Ümumilikdə, binanın sahəsi 396 kv.m-dir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu