Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Şair Avdal Qəhrəman Şəhid Milli qəhrəman Polkovnik-leytenant Şirin Mirzəyevlə bağlı xatirələrini qələmə aldığı “El oba unutmaz səni, komandir” şeirini təqdim edib.

Musteqil.az xəbər verir ki, şeirdə Milli qəhrəmanın hərbi xidmət illəri, həmin dövrdəki Azərbaycan ordusuna göstərdiyi misilsiz xidmətlər öz əksini tapıb.

Əslən Ağdam rayonundan olan şairin Ş. Mirzəyevlə tanışlığı 90-cı illərdə Milli qəhrəmanın ilk nizami özünümüdafiə batalyonu yaratdığı zaman olub. Daha sonra Ağdam istiqamətində gedən döyüşlərdə Milli qəhrəmanla yaxın dost münasibəti yaranıb.

Qeyd edək ki, Şirin Mirzəyev 1947-ci ildə Xankəndidə doğulub. Daxili Qoşunlarda xidmətə başladıqdan sonra Rusiyanın Ali Siyasi Hərbi məktəbində təhsilini davam etdirib. Bakıya qayıdan Ş.Mirzəyev daha 15 il Daxili Qoşunlarda xidmətini davam etdirib. Mirzəyev Fərrux, Pircamal, Qazançı, Ballıqaya, Qaraşlar, Bəşirli, Sırxavənd, Ağbulaq, Dəhraz, Naxçıvanik kəndlərinin azad edilməsində misilsiz xidmətləri olub. 1992-ci ildə Sırxavənd istiqamətində gedən döyüş əməliyyatı zamanı minaya düşərək şəhid olub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//outrotomr.com/4/5013541