Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

ABŞ-nin Kaliforniya ştatının San Fransisko şəhərində meymunçiçəyi xəstəliyinin sürətlə yayılması səbəbindən səhiyyə sahəsində fövqəladə vəziyyət elan edilib.

Musteqil.az xəbər verir ki, bu barədə şəhərin meri London Briid məlumat yayıb. O, bildirib ki, fövqəladə vəziyyət rejimi avqustun 1-dən tətbiq ediləcək. Məqsəd isə şəhər rəhbərliyinə virusun yayılmasının qarşısını almaq üçün tədbir görməyə imkan yaratmaqdır.

Mer virusa əsasən cinsi azlıq nümayəndələrinin yoluxduğunu deyib. O, həmçinin virusla mübarizədə daha çox vaksinə ehtiyac yarandığını deyib.

Gülər Seymurqızı



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//byambipoman.com/4/5013541