Lerik rayonunda kartof əkini ilə məşğul olan fermerlərlə görüş keçirilib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Lerik rayonunun Kəlvəz kəndində kartof əkini ilə məşğul olan fermerlərlə görüş keçirilib.

Metbuat.az-a Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, tədbirdə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitunun İdarə Heyətinin sədri Elmar Allahverdiyev, Lerik rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, Lerik Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri və fermerlər iştirak edib.

Görüş çərçivəsində kartof sahələrinə baxış keçirilib, fermerlərə kartofun becərilməsi, düzgün aqrotexniki qulluq qaydaları ilə bağlı tövsiyələr verilib. Eyni zamanda, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitunun mütəxəssisləri kartof sahələrindən genefond üçün qədim yerli kartof sort nümunələri götürüb. Məqsəd bu sortlar üzərində yenidən tədqiqatlar aparmaqla keyfiyyət göstəricilərini daha da yaxşılaşdırmaq, milli genefondu qoruyub saxlamaq, məhsuldar sortları yenidən fermerlərə təqdim etməkdir.

Görüşdə gələcəkdə Lerik rayonundayerli kartof toxumçuluğu sisteminin yaradılması ilə bağlı müzakirələr aparılıb, bu istiqamətdə görüləcək işlərə müvafiq dəstək göstəriləcəyini vurğulanıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu