Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İtaliyada Alp dağlarının Marmolada zirvəsindəki Punta Rokka buzlağından qopan buz təbəqəsinin dağda olan alpinistlərin üzərinə çökməsi nəticəsində ölənlərin sayı 11-ə yüksəlib.

Musteqil.az xəbər verir ki, aparılan axtarış-xilasetmə əməliyyatları zamanı uçqunun altından daha bir nəfərin cəsədi çıxarılıb. Bununla da hadisə nəticəsində itkin düşənlərin hamısının cəsədi uçqunun altından çıxarılıb.

Xatırladaq ki, iyulun 3-də Punta Rokka buzlağının əriməsi nəticəsində böyük buz təbəqəsi dağda olan alpinistlərin üzərinə çökməsi nəticəsində ümumilikdə 11 nəfər ölüb, 8-i yaralanıb, itkin düşənlərin 8-i sağ tapılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//eephaush.com/4/5013541