“İT üzrə texniki dəstək mütəxəssisi” peşəsi üzrə kursa qəbul başlayıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə “4MAPS
ACADEMY” MMC birgə əməkdaşlığa başlayır. Bu əməkdaşlığın nəticəsi olaraq
“İnformasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi” peşəsi üzrə
hazırlıq kursu təşkil ediləcək və uyğun namizədlər işlə təmin olunacaqlar.

Metbuat.az-a Dövlət Məşğulluq Agentliyinin mətbuat xidmətindən verilən xəbərə görə, informasiya sistemləri
üzrə peşə hazırlığına cəlb olunacaq şəxslərə Türkiyənin peşəkar müəllim-pedaqoji
heyəti tərəfindən coğrafiya informasiya sistemlərinin (GİS) əsas tətbiqləri, 3D
xəritəçəkmə, şəhərsalmada GİS və s. haqqında ətraflı məlumat veriləcək.

3 aylıq
kurs müddətində dərslər onlayn formada həftədə 2 dəfə, 3 saat olmaqla tədris
olunacaq. Kursa minimum
orta təhsilli, 20-30 yaş həddində, işsiz vətəndaşlar müraciət edə bilərlər.

Peşə hazırlığı kurslarını
müvəffəqiyyətlə bitirən və işəgötürənin tələblərinə cavab verən şəxslər “Here
Technologies” tətbiqinin MDB, Yaxın Şərq və Azərbaycan, “Yandex Maps”
tətbiqinin isə Azərbaycan üzrə təmsilçisi olan ”4MAPS
Bilgi Teknolojileri” MMC-də işlə təmin olunacaq.

“İnformasiya texnologiyaları üzrə
texniki dəstək mütəxəssisi” üzrə peşə hazırlığı kurslarına müraciət etmək istəyən vətəndaşlar 20
avqust tarixinədək şəxsiyyəti təsdiq edən sənədlə Bakı
(Yasamal rayonu, Məhəmməd Xiyabani 9) və Abşeron-Xızı Regional Məşğulluq
filialına (Sumqayıt şəhəri, 9-cu mikrorayon ev 64) yaxınlaşa bilərlər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu