İran bölgədən əl çəkmək istəmir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Qafanda, Qərbi Zəngəzurda İran vətəndaşlarının yaşamamasına rəğmən, Tehranın konsulluq planının iki mümkün hədəfi var. Birincisi, iqtisadi, ikincisi və ən əsas Zəngəzurda mövcudluq məsələsidir”.

Metbuat.az xəbər verir ki, bu fikirlər siyasi şərhçi Asif Nərimanlıya məxsusdur. O hesab edir ki, İran Qafanda açmaq istədiyi konsulluq üzərindən gələcəkdə yarana biləcək “problemlərə” yerində müdaxilə etmək niyyətindədir.

44 günlük müharibədən sonrakı reallıqlar, xüsusilə dəhliz məsələsi Zəngəzurun qərbini geosiyasi mübarizə coğrafiyalarından birinə çevirib və burada təkcə Bakı-Ankara ikilisinin yox, ABŞ və Rusiyanın da öz maraqları var. Vaşinqton bölgəyə Ermənistandakı səfirliyi vasitəsilə təsir etməyə çalışır, qrant layihələri, “erməni abidələrinin” qorunması və digər bu kimi “yumşaq güc” siyasətini tətbiq edir. Qeyd edim ki, Moskva dəhlizdə “təhlükəsizliyə nəzarət” və Gümrüdəki hərbi kontingentin bir hissəsinin köçürülməsi ilə bölgədəki rıçaqlarını möhkəmləndirir”.

Asif Nərimanlı bildirdi ki, Bakı-Ankara ikilisi Zəngəzur dəhlizinin açılması, eləcə də bölgəyə kapital yatırmaq perspektivi üzərindən hərəkət edir. Tehran prosesdən geri qalmaq istəmir, konsulluq da Qərbi Zəngəzurda mövcudluq planının bir hissəsidir.

Belə görünür ki, İran bu bölgədə hansısa formada iştirakçı olmadan əl çəkməyəcək. Çünki Zəngəzur təkcə Cənubi Qafqaz yox, həm də Avrasiyadakı geosiyasi planlarda yer alır. Hələ ötən ilin aprelində Zəngəzurun regionda yeni gərginlik ocağı olacağı perspektivindən yazmışdıq”.

Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu