İntihar edən həkimin qonşuları DANIŞDI

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Xəbər verdiyimiz kimi, tanınmış ginekoloq-həkim Xalidə Kəngərli iyunun 28-də özünü Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən mənzilinin eyvanından atıb (11-ci mərtəbə). 1984-cü il təvəllüdlü Xalidə Məhəmməd qızı Kəngərli aldığı xəsarətlərdən hadisə yerində ölüb.

X.Kəngərlinin iki övladı var. Onu tanıyanlar həkimin pozitiv, həyat dolu olduğunu və intihar etməsinə inanmadıqlarını bildiriblər.

Metbat.az musavat.com-a istinadən bildirir ki, qonşuların dediyinə görə, hadisədən sonra həkimin iki qardaşı onun həyat yoldaşını döyüb.

Xalidə Kəngərlinin həyat yoldaşının psixoloji problemlərinin olduğu və bu səbəbdən uzun müddətdir qapalı mühitdə qaldığı iddia edilsə də, həmin iddiaların əsassız olduğu bildirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov isə həkimin həyat yoldaşı Rüfət Kəngərlinin Komitənin əməkdaşı olduğunu deyib:

“O, Bakı Baş Gömrük İdarəsində gömrük xidməti mayorudur. Gömrük inspektoru kimi çalışır”.

Eyni zamanda ətrafda yaşayan sakinlər mərhumun yoldaşı R.Kəngərlinin sakit biri olduğunu, səmimi şəkildə hər kəslə görüşdüyünü, hətta bəzən balıq tutmağa getdiyini də söyləyiblər.

Bəzi sakinlər isə cütlüyün boşanma qərarını aldığını və bu səbəbdən aralarında son zamanlar münaqişələrin çoxaldığını bildiriblər. Hadisənin də bu səbəbdən qaynaqlandığı iddia edilir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu