Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) güzəştli mənzillərin elektron yolla satışının dayandırılması ehtimalına münasibət bildirib.

Musteqil.az Report-a istinadən xəbər verir ki, MİDA-nın aparat rəhbəri Fərman Qurbanlı Dövlət Təhlükəsizlik Xidməti ilə birgə keçirilən brifinqdə deyir ki, elektron sistemdə hər bir vətəndaş şəxsi elektron imza ilə müraciət edir.

“Hər bir əməliyyatın sistemdə izi qalır. Bu proseslərin elektron qaydada keçirilməsi şəffaflıq, operativlik, həm də əlverşli şəraitin yaradıması üçün optimal haldır. Ona görə də işlər sırf elektron qaydada davam etdiriləcək. Sistemdə təkmilləşdirmə işləri aparılacaq, yeni təhlükəsizlik tədbirləri tətbiq ediləcək. Sistemin daha təkmil formada işləməsi üçün daha lazımi işlər həyata keçiriləcək”, – deyə o, qeyd edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//ardslediana.com/4/5013541