General rütbəsi alan polislər KİMDİR?

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün 4 polis polkovnikinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Daxili İşlər Nazirliyinin 4 polkovniki Canpolad Daanov, Namiq Həsənov, Vüqar Ələkbərov və Sərdar Səfərov general-mayor rütbəsi alıb.

Metbuat.az həmin şəxslərin dosyesini təqdim edir:

Canpolad Daanov – DİN Polis Akademiyasının rəisi.

Daanov Canpolad Alı oğlu 1981-ci ildə Balakən şəhərində anadan olub. 003-cü ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinin bakalavr pilləsini, 2007-ci ildə isə həmin fakültənin magistraturasını fərqlənmə diplomları ilə bitirmişdir. DİO-da xidmətə 2004-cü ildən DİN-in Polis Akademiyasının “Cinayət hüququ” kafedrasında müəllim kimi başlayıb.

2005-ci ilin noyabr ayından 2019-cu ilin avqust ayına kimi DİN-in istintaq orqanlarında müstəntiq, baş müstəntiq, şöbə rəisinin müavini, şöbə rəisi və baş idarə rəisinin müavini vəzifələrində çalışıb.

26.08.2019-cu ildən DİN-in Polis Akademiyasının rəisinin birinci müavini vəzifəsində xidmət edir. İctimai asayişin, əhalinin dinc və təhlükəsiz yaşayışının qorunmasında, qanun aliliyinin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə xidməti vəzifələrin və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 01.07.2010-cu il tarixli 988 nömrəli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. Ailəlidir. İki övladı var.

Canpolad Daanov

Polis general-mayoru Ələkbərov Vüqar – Bakı Şəhər Baş Polis İdarəsi rəisinin əməliyyat işi üzrə müavin

Ələkbərov Vüqar Hidayət oğlu 1975-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olmuşdur.2004-cü ildə DİN-in Polis Akademiyasını bitirmişdir.1998-ci ildən isə daxili işlər orqanlarında xidmətə başlamış və bu müddət ərzində müxtəlif məsul vəzifələrdə işləyib.

2004-2009-cu illərdə Polis Akademiyasında “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasında müəllim, 2009-2014-cü illərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində bölmə, şöbə rəisi, 2014-2020-ci illərdə Bakı şəhər BPİ-nin Təşkilat-İnspektor İdarəsinin rəisi vəzifələrində xidmət edib.

2020-ci ilin iyun ayında Bakı Şəhər BPİ rəisinin müavini, dekabr ayında isə rəisin əməliyyat işi üzrə müavini vəzifəsinə təyin olunub.

Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasında və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2013-cü il tarixli sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2022-ci il tarixli sərəncamı ilə polis general-mayoru xüsusi rütbəsi verilib.

Ailəlidir, 2 övladı var.

Namiq Həsənov – DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin rəisi.

2020-ci ildə Suraxanı Rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad olunaraq müvafiq vəzifəyə təyin olunub. “İgidliyə görə” medalı ilə təltif edilib.

Namiq Həsənov

Polis general-mayoru Səfərov Sərdar – Bakı Şəhər Baş Polis İdarəsi rəisinin xidmət üzrə müavini

Səfərov Sərdar Süleyman oğlu 1973-cü ildə Sumqayıt şəhərində anadan olub. 1994-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1999-cu ildə Türkiyə Respublikasının Jandarma Zabitlər Məktəbini, 2020-ci ildə isə DİN-in Polis Akademiyasını bitirib.

1996-cı ildən 2005-ci ilin avqust ayınadək Daxili qoşunlarda xidmət etmiş və bu müddət ərzində müxtəlif məsul vəzifələrdə işləmişdir. O cümlədən, DİN-in Daxili Qoşunların hərbi hissələrində Motorlaşdırılmış Alayının Xüsusi təyinatlı bölüyünün komandiri, Xüsusi Motorlaşdırılmış Alayının Xüsusi təyinatlı taborunun komandirinin müavini-qərargah rəisi vəzifələrində xidmət edib.

2005-ci ildən daxili işlər orqanlarında xidmətə başlamış o cümlədən, bölük komandirinin müavini, bölük komandiri vəzifələrində, 2019-2022-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini və həmin İdarənin rəisi vəzifələrində xidmət edib.

2022-ci ilin fevral ayından Bakı Şəhər BPİ rəisinin xidmət üzrə müavini vəzifəsinə təyin olunub.

Prezidentin 06 may 2005-ci il tarixli sərəncamı ilə “Hərbi xidmətlərə görə”, İctimai təhlükəsizliyin təmin edilməsi və cinayətkarlığa qarşı mübarizədə fəal iştirak etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2013-cü il tarixli sərəncamı ilə “İgidliyə görə”, Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi münasibəti ilə və Azərbaycan Respublikasında ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə, qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2018-ci il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalları ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2022-ci il tarixli sərəncamı ilə polis general-mayoru xüsusi rütbəsi verilib.

Ailəlidir, 3 övladı var.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu