Filippin prezidenti koronavirusa yoluxdu

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İyunun 30-da and içən Filippin prezidenti kiçik Ferdinand Markosun koronavirus testi müsbət çıxıb.

Metbuat.az xəbər verir ki, bu barədə Prezident yanında ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Triksi Kruz-Anheles məlumat verib. “Prezidentin koronavirus antigeni üçün testi müsbət olub. Onun yüngül qızdırması var, amma bütövlükdə yaxşıdır. Onunla yaxın təmasda olan hər kəs məlumatlandırılıb”, – deyə, o əlavə edib.

Kruz-Anheles qeyd edib ki, prezident bu gün Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin 246-cı ildönümü ilə bağlı tədbirin keçiriləcəyi Filippindəki ABŞ səfirliyinə getməyəcək.
Səhiyyə nazirinin müavini Maria Rosario Vergeyr bildirib ki, Filippin lideri yeddi günlük karantinin sonunda və simptomları azaldıqdan sonra görüşlər keçirəcək.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu