Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Finalda uduzmaq əyləncəli deyil. Biz gələcəyə baxırıq. Bu matçı təhlil edib diqqətimizi Bakıdakı qarşılaşmaya yönəldəcəyik”.

Musteqil.az Report-a istinadən xəbər verir ki, bunu “Lex”in baş məşqçisi Con van den Brom “Rakuv”a 0:2 hesabı ilə uduzduqları Polşa Super Kuboku uğrunda qarşılaşmadan sonra deyib.

56 yaşlı mütəxəssis “Qarabağ”a qarşı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşü ilə əlaqədar fərqli “11-liy”ə şans verdiyini söyləyib.

Niderlandlı baş məşqçi məğlubiyyətə rəğmən meydana çıxan futbolçulardan razı qaldığını söyləyib.

Qeyd edək ki, iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Lex” oyunu saat 20:00-da başlayacaq. Poznandakı ilk görüşdə Ağdam təmsilçisi minimal hesabla uduzub – 0:1.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//byambipoman.com/4/5013541