Daha bir ölkə qarışdı – Qonşu dövlətə ordu yeridirlər

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Şri-Lankada Hindistanın ölkəyə ordu göndərəcəyi barədə xəbərlər yayılıb. İddialar etirazların müşahidə olunduğu ölkədə gərginliyi daha da artırıb.

Metbuat.az xəbər verir ki, Hindistanın ada ölkəsi Şri-Lanka ilə yaxın ticarət əlaqələri var. Bildirilir ki, Hindistan əlaqələrin pozulmasını istəmədiyi üçün belə həmlə edə bilər. Hindistan tərəfi iddiaları rədd edib. Lakin xarici KİV-lər ehtiyac olacağı təqdirdə Hindistanın Şri-Lankaya müxtəlif formada müdaxilə edəcəyini istisna etməyib.

Qeyd edək ki, Şri-Lanka parlamentinin ölkə iqtisadiyyatının böhranda olduğunu açıqlamasından sonra ölkədə etiraz aksiyalar başlayıb. Etirazçılar Prezident Qotabaya Rajapaksanın iqamətgahını və baş nazirin iqamətgahlarını ələ keçiriblər. Prezident etirazçıların hücumundan bir müddət əvvəl saraydan qaçıb. Prezident Qotabaya Rajapaksa istefa verib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu