Cüdoçumuz Avropa kubokunun qalibi oldu

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Kluj-Napokada (Rumıniya) bu gün başlayan cüdo üzrə Avropa Açıq Kubokunun ilk günündə 11 Azərbaycan idmançısı çıxış edir.

Metbuat.az xəbər verir ki, Rəşad Elkiyev 60 kq çəki dərəcəsində bürünc medal uğrunda döyüşdə Tibo Vollemana (Nideland) qalib gəlib.

Nazir Talıbov finalda Coşua Cilesdən (Böyük Britaniya) üstün olaraq qızıl medal qazanıb.

Elçin Hüseynov bürünc medal uğrunda görüşdə digər azərbaycanlı idmançı Ruslan Paşayevə uduzub. Bununla da Paşayev bürünc medalın sahibi olub.

73 kq çəki dərəcəsində Telman Vəliyev finala yüksəlib. Nəriman Mirzəyev isə bürünc uğrunda mübarizə aparmaq imkanı əldə edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu