“Corc artıq himayəmdən çıxıb” – Roza Zərgərli

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Müğənni Roza Zərgərli övladlığa götürdüyü aktyor Corc Qafarov və qardaşı Jerara dövlət tərəfindən mənzil verilməsi haqda yayılan qalmaqala aydınlıq gətirib.

Metbuat.az Axşam.az-a istinadən xəbər verir ki, Roza onları rəsmi övladlığa götürməsə də, himayədar olduğunu bildirib:

“Mən 24 yaşlarına kimi onların sağlamlığına, qəza törətmiş olsalar, pis əməl etsələr, ona cavabdehəm. Bəzi qanuni məsələləri bilməyənlər nə gəldi yazıb, insanlarda fikir formalaşdırırlar. Adamı yaxşılıqdan iyrəndirirlər. Qızımın 29 yaşı var. Corc və qızım himayəmdən çıxıb. Jerar isə 23 yşındadır, gələn il o da çıxacaq. Yenidən övlad götürmək istəyirdim, amma artıq istəmirəm. Övladlıq sözünü özümə yaraşdırmıram. Hər zaman deyirəm ki, bioloji ana deyiləm. Analıq sözünü götürə bilmirəm. Himayədar olsam da, onlar mənim övladımdır. Onları yaxın bilməsəydim, başına sığal çəkib yanımda saxlamazdım”.

Qeyd edək ki, Corc Qafarov və qardaşı Jerara uşaq evində böyüdükləri üçün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən mənzil verilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu