“Azərenerji” 2 milyon manatlıq 2 tenderə yekun vurub

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Azərenerji” ASC müxtəlif növ sərfiyyat mallarının (1), eləcə də yanğından mühafizə vəsitələri və ehtiyat hissələrinin (2) satın alınması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

Metbuat.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “Mix Pro” və “Marz” MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 943 min manat və 927 min manat, ümumilikdə isə 1,87 milyon manat ödəniləcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu