Azərbaycanda idmançı və ailəsi faciəvi şəkildə öldü

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Gəncədə fəaliyyət göstərən “Metallurq” İdman Klubunun cüdo üzrə məşqçisi Orxan Hümbətov ağır yol-nəqliyyat hadisəsi zamanı vəfat edib.

Bu barədə Metbuat.az-a Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən məlumat verilib.

Qəza nəticəsində mütəxəssisin ailə üzvləri də dünyasını dəyişib.

Qurum bütün cüdo ailəsi adından Hümbətov və ailə üzvlərinin vəfatından kədərləndiyini bildirib, onun yaxınlarına dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu