Azərbaycanda dövlət xəttilə kirayəyə verilmiş mənzillərin sayı 1700-ə çatıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 39 644 borcalana 2 milyard 219,400 milyon manat kredit verib.

Metbuat.az xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 312,411 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 1 700 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu