Azərbaycanda bataqlığa düşən gənc belə xilas edildi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Metbuat.az FHN-in saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 29 yaşlı Hüseynov Elçin Cəmaləddin oğlu qurumaqda olan göldəki bataqlıqda ilişib qalaraq həyati təhlükəli vəziyyətə düşüb.

Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı bataqlıqdan çıxarıb xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu