Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Xəbər verdiyimiz kimi, Şabran rayonu, Ağalıq kəndində əkin sahəsində güclü yanğın baş verib.

Musteqil.az xəbər verir ki, hadisə yerində olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov bildirib ki, yanğın fikirləşmədən törədilib. Onun sözlərinə görə, külək yanğının qarşısını almağa mane olur:

“Təəssüf ki, külək yanğının qarşısını almağa mane olur, bütün əməkdaşlarımız, yerli sakinlər, yoldan keçən insanlar, hamı köməklik göstərir. Bir nəfərin fikirləşmədən əkin sahəsinə od vurması fəlakətə sabəb olub. Yanğının qarşısının alınması üçün birgə mübarizəmiz davam etdirilir”,- deyə bildirilib.

***

“Şabran rayonunun Ağalıq kəndində mülki obyektlər yanğından tam mühafizə edilib”.

Musteqil.az Report-a istinadən xəbər verir ki, bunu FHN-nin Şimal Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin rəisi Ramin Vəlixanov bildirib.

O qeyd edib ki, Şabran rayonunda yanğın baş verən ərazidəki sakinlər təxliyə edilib və ərazidəki bütün mülki obyektlər yanğından mühafizə edilib. Vətəndaşların təhlükəsizliyi üçün yanğın baş verən ərazidə müvəqqəti postlar qurulub və giriş-çıxış məhdudlaşdırılıb.

Bildirilib ki, avtomobillərin gediş-gəlişi alternativ yollar vasitəsilə həyata keçirilir.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//byambipoman.com/4/5013541