1441707

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 5-də Nur-Sultan şəhərində keçiriləcək Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 18-ci iclasında iştirak etmək üçün Qazaxıstana səfər edib.

Bu barədə Musteqil.az-a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iclas çərçivəsində Hökumətlərarası Komissiyanın 17-ci iclasından sonrakı dövrdə görülmüş işlərin nəzərdən keçirilməsi, ticarət-iqtisadi, energetika, nəqliyyat, logistika, sənaye və informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, qida təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığa dair müzakirələrin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan və Qazaxıstan arasında Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, Qazaxıstan tərəfdən isə Baş nazirin müavini – ticarət və inteqrasiya naziri Baxıt Sultanovdur.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//dolatiaschan.com/4/5013541