149 azərbaycanlı gənc Macarıstanda təhsil alacaq

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nəticəsi olaraq 149 nəfər Azərbaycan vətəndaşı 2022-2023-cü tədris ili üzrə Macarıstanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.

Bu barədə Metbuat.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, seçim barədə Macarıstan tərəfindən verilən yekun qərar nəticəsində qeyd olunan saziş üzrə 149 nəfər, o cümlədən 8 nəfər PhD (istənilən maraq dairəsində), 130 nəfər magistratura, 11 nəfər isə bakalavriat səviyyələrində təhsil almaq hüququ qazanıb. Onlar iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik, informasiya texnologiyaları, texnologiyalar, turizm, təbiət elmləri və davamlı inkişaf istiqaməti üzrə təhsil alacaqlar. Təqaüdə layiq görülən tələbələr əsasən Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti, Budapeşt Kornivus Universiteti, Eötvös Lorand Universiteti, Debretsen Universiteti və Budapeşt Biznes Məktəbi – Tətbiqi Elmlər Universiteti və digər ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu