“Əsirlərin saxlanıldığı həbsxananı Rusiya ordusu vurub”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Rusiya Federasiyasının Silahlı Qüvvələri Donetsk vilayətinin Olenivka kəndində yerləşən və ukraynalı məhbusların da saxlandıqları islah müəssisəsini məqsədli şəkildə artilleriya atəşinə tutub.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. “Bununla da işğalçı Rusiya ordusu Ukraynanı “müharibə cinayətləri” törətməkdə ittiham etmək, həmçinin orada saxlanılan ukraynalı əsir məhbuslara verilən işgəncələri və edamları gizlətmək istəyir”, – Ukrayna Baş Qərargahının açıqlamasında qeyd olunur.

Öz növbəsində Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının Raket Qoşunları və Artilleriya Komandanlığının məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Yelenovka bölgəsinə raket və artilleriya zərbələri endirməyib.

“Ukrayna Silahlı Qüvvələrinin raket qoşunları və artilleriyası tərəfdaş ölkələrdən alınan yüksəkdəqiqlikli silahlar sayəsində yalnız Rusiya hərbi obyektlərinə müstəsna dəqiqliklə zərbələr endirir”, – Ukrayna tərəfinin məlumatında vurğulanır.

Xatırladaq ki, Olenivka qəsəbəsindəki həbsxananın bu gün atəşə tutulması nəticəsində azı 53 nəfər həlak olub, 75 nəfər yaralanıb. Rusiya tərəfi bu hadisədə Ukraynanı ittiham edir, həmçinin ölənlər arasında “Azov” alayından olan hərbçilərin də olduğunu gizlətmir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu