Əsgərin ölümü ilə bağlı Hərbi Prokororluqdan AÇIQLAMA

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ağamalıyev Nurlan Elşən oğlunun ölüm faktı barədə 02 iyul 2022-ci il tarixdə Sumqayıt Hərbi Prokurorluğuna daxil olmuş məlumat əsasında əməkdaşlar tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər zəruri hərəkətlər icra edilmişdir.

Bu barədə Metbuat.az-ın sorğusuna cavab olaraq Hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib.

Məlumata görə, fakt üzrə Sumqayıt Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.1-1-ci (Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu