Ərdoğanın məqsədi Osmanlı imperiyasını yenidən qurmaqdır

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İsrailin kəşfiyyat təşkilatı MOSSAD-ın keçmiş rəhbəri general Danni Yatom Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan barədə diqqətçəkən fikirlər səsləndirib.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, Ərdoğan Türkiyəni ”super güc” kimi görür və onun məqsədi Osmanlı imperiyasını yenidən canlandırmaqdır. Yatom Yunanıstanın “Kathimerini” qəzetinə açıqlamasında bildirib ki, ümumiyyətlə Ərdoğanın planlarını təxmin etmək çox çətindir:

“Ərdoğanın düşüncələrini oxumaq çətindir. Amma məncə gənc bir tələbə və siyasətçi olandan bəri xəyalı Osmanlı imperiyasını bərpa etməkdir. Ərdoğan Qərbin Türkiyəyə qarşı ədalətli davranmadığını düşünür. Çünki, o Türkiyənin dünyanın ən böyük güclərindən biri olduğunu düşünür”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu