“Zaur hamıya yuxarıdan aşağı baxır”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

ARB TV-də yayımlanan “Həmin Zaur” axşam şousunda aparıcı Zaur Kamal tərəfindən qovulan Cənubi azərbaycanlı müğənni Afşin Azəri MTV-də yayımlanan “Tarixin bir günü” verilişində qonaq olub.

Metbuat.az xəbər verir ki, o dünən baş verən qalmaqal haqda açıqlama verib.

“Yenə də öz sözümün üstündəyəm. Kişinin arasında danışılan söz, kişinin arasında da qalar. İnsan iki dəqiqənin içində necə 20 dəfə yalan danışa bilər? Yalan danışırsansa, icazə ver mən sənin cavabını verim. Zaurla sözüm bu olub. Sən hər kimi efirinə dəvət edəndə onunla elə danışmalısan ki, fanatlarının və tərəfdarlarının acıqlarına gəlməsin”.

Afşin deyib ki, Zaur hamıya yuxarıdan aşağı baxır və fanatları bu səbəbdən onun həmin verilişə qatılmasını istəməyib.

Həmin videonu təqdim edirik:

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu