Yardımlıda 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Arvana kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.

DİN-in Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, ümumi çəkisi 1 ton 282 kiloqram olan 8756 ədəd xaş-xaş bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu