Bəxtişən Qurbanova Bakının Qala qəsəbəsindəki gözəllik salonlarından birində xadimə işləyir. 27 yaşlı bu qadın Cəlilabad rayon sakinidir. Bakıya işsizlikdən, ailəsini dolandırmaq məcburiyyətindən gəldiyini deyir. İndi o, həm azyaşlı övladına, həm də xərçəng xəstəliyindən əziyyət çəkən anasına baxır. Üstəlik yeniyetmə qardaşı da epilemsiyadan əziyyət çəkir.

Bəxtişən Qurbanova deyir ki, aylıq qazancı 250 manatdır:
“O pulun 50 manatını ev kirayəsi verirəm, 50 manatı ilə də dolanmağa çalışıram. Dolanmaq mümkün olmur, yenə də birtəhər yaşayıram. Qalan 150 manatı evimizə göndərirəm. Çünki anam, azyaşlı övladım ordadır”.
Qadın deyir ki, atası İntiqam Qurbanov ikinci qrup Qarabağ əlili olub. O, vəfat etdikdən sonra qardaşı atasızlığa görə 80 manat müavinət alır. O pul da heç ərzağa yetmir. Bundan başqa, ailənin heç şəxsi evi də yoxdur, kirayədə yaşayırlar:
“Anam süd vəzi xərçənginə görə əməliyyat olunmuşdu. İndi yenidən 3 dənə şiş əmələ gəlib. Müalicəsi ağırdı. Qardaşımın tez-tez sudurğası tutur, əlillik dərəcəsi almaq üçün xəstəliyi təsdiqlənməlidir. Amma buna görə də çox pul lazımdı. EKQ (elektrokardioqramma) müayinəsi üçün 70 manat istəyirlər. Hələ MRT-dən də keçməlidir. İmkan yoxdur deyə apara bilmirəm”.Bəxtişən Qurbanova ailəsinə ünvanlı sosial yardım almaq üçün müraciət etsə də, deyir ki, hər dəfə imtina cavabı alır.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti Meydan TV-nin sorğusuna cavab olaraq bildirib ki, Cəlilabad şəhəri sakini Qurbanova Bəxtişən İntiqam qızının ünvanlı dövlət sosial yardımla bağlı müraciətinə əsasən ailənin yaşadığı ünvanda maddi-məişət şəraitinin müayinəsi həyata keçirilib.
Müayinə zamanı B.Qurbanovanın ailə gəlirlərini ərizə-bəyannamədə düzgün qeyd etmədiyi müəyyən olunub. Ailənin orta aylıq gəliri 55 manat göstərilsə də, gəliri bundan bir neçə dəfə çoxdur:
“B.Qurbanova müqaviləsiz olaraq işlədiyi torpaq sahəsindən aylıq 150 manat və keçmiş qaynanası tərəfindən aylıq 100 manatadək əlavə köməklik edildiyini bildirsə də, bu məlumatlar ərizə-bəyannamədə öz əksini tapmayıb. Bu səbəbdən vətəndaşın ünvanlı sosial yardımla bağlı müraciətinə imtina verilib”.
Qurumdan bildirilib ki, vətəndaş yaranmış uyğunsuzluğu aradan qaldırıb elektron qaydada yenidən müraciət edərsə, ailənin ünvanlı dövlət sosial yardım almaq hüququnun yaranıb-yaranmamasına yenidən baxılacaq.gündəmxəbər

//eephaush.com/4/5013541