Müstəqilaz

“Biz sülhün yalnız bir yolu olan bir bölgədə yaşayırıq – düşməni bütün imkanları ilə məğlub etmək və ya saxlamaq.”

Müstəqilaz Armenpress-ə istinadən xəbər verir ki, bu barədə  «Facebook» səhifəsində məşhur erməni  ekspert Vardan Voskanyan yazıb.

“Biz Yaxın Şərqdə yaşayırıq, burada müharibə təbii vəziyyətdir. Yaxın Şərqdəki müharibənin qarşısını almaq mümkün deyil. Yaxın Şərqdəki müharibələr bu müharibəyə hazırlaşan düşmənin qarşısını almaqla və ya öz torpaqlarında sülh naminə başqa bir ərazidə hərbi əməliyyat keçirməklə mümkündür.Digər hadisələr kontekstində bizi tez-tez həqiqəti nəzərə almağa inandırırlar, ən vacib reallıq isə şərti İsveçrədə deyil, Yaxın Şərqdə yaşamağımızdır “, – deyə ekspert yazıb.

Ekspert bu fikrində təkcə Ukraynadakı müharibəyə deyil həm də, Qarabağ məsələsinə işarə edib.Xatırladaq ki, Vardan Voskanyan Ermənistanda iranpərəst mövqeyi ilə seçilir

//lephaush.net/4/5013541