Vaqif Əsədov təqaüdə göndərilir? – AÇIQLAMA

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədovun daxili işlər orqanlarında xidmət müddətinin başa çatdığı bildirilir.

Metbuat.az xəbər verir ki, bu gün onun xidmət müddətinin sonuncu günüdür. Məsələ ilə bağlı “Ölkə.az”a açıqlama verən qurum rəsmisi hazırda işinin başında olduğunu bildirib.

“Hazırda işimin başındayam. Hələ ki bununla bağlı heç bir əmr verilməyib. Bir gün gələr bir gün də gedər. Onsuz da mənim getməyim barədə hər gün yazırsız. Amma hələ ki işimdəyəm. Təki hamıya belə bir xidmət nəsib olsun”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu