Vaksinasiya olunanların sayı açıqlandı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1434 vaksin vurulub.

Metbuat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 205, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 150, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 965, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 114 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 744 943, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 350 968, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 851 055, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 295 425, pozitiv nəticədən sonra buster doza olunanların sayı 247 495 təşkil edir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu