Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Xəbər verdiyimiz kimi, Qəbələdən Bakıya hərəkət edən sərnişin avtobusu qəzaya düşüb. Nəticədə avtobusda olan Bakı şəhəri 279 nömrəli məktəbin şagirdləri, onların sinif rəhbəri və valideynləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Musteqil.az xəbər verir ki, yerli mediada yayılan xəbərlərə görə, valideynlər tur şirkətini məsuliyyətdən yayınmaqda ittiham edirlər.

Məlum məsələdir ki, hazırda daxili turizmdən yararlanmaq istəyən vətəndaşlarımız qiymətlərin münasib olduğunu düşünüb bu kimi birgünlük, ikigünlük tur şirkətlərinə müraciət edirlər. Elə dünən baş verən hadisə də bu tur şirkətləri barədə bir daha düşünməyə vadar edir:

Məsələyə münasibət bildirən turizm məsələləri üzrə ekspert Əziz Şiriyev Musteqil.az-a bildirdi ki, işini qaydalara görə quran tur şirkəti qanundan yayına bilməz:

“Bu işdə uzunmüddətli çalışan insanlar heç vaxt məsuliyyətdən yayınmırlar. Qanun hər kəs üçündür. Ola bilər ki, qeyri-peşəkar nümayəndəyə müraciət edilib və ya rəsmi olaraq şirkət deyil, vergi ödəmir, işçiləri, ofisi yoxdur. Belə bir hadisə baş veribsə, yayınmaq yerinə ciddi şəkildə qanun çərçivəsində məsələni həll etmək lazımdır. Aparılan araşdırmalardan sonra zərərçəkmişin zərəri ödənilməlidir”.

Ekspert qeyd edib ki, vətəndaşlar müraciət etdikləri tur şirkətlərini araşdırmalıdırlar:

“Vətəndaşlar bilməlidir ki, rayonlara turistik maşınlarla getmək lazımdır. Çünki bu maşınlar yollardakı vəziyyətlərə texniki cəhətdən hazır olurlar. Bundan başqa, sığorta məsələsi də gündəmdədir. Turistlərin əksəriyyəti sığorta məsələsində tur paketinin qiymətinin artmasına görə, daha ucuz – instaqram və feysbuk üzərindən olan şirkətlərə müraciət edirlər. Əslində, onlara şirkət deməzdim, hər hansı bir şəxsin müştəri cəlb etmək üçün bir qrup insanı tura çıxarmağı qeyri-peşəkarlıqdır və turistlər də bunun əziyyətini çəkirlər.

Bildiyimiz kimi, Azərbaycanda “Turizm haqqında” yeni qanun artıq təsdiqlənib və bu qanun turistlərin aldadılması hallarının qarşısını alacaq. Bundan sonra həmin tur şirkətləri registr olacaq və bütün şirkətlər tezliklə qeydiyyata düşəcək. Beləliklə, tur şirkətlərinin rəsmi olacağı bilinəcək, qeyri-profesionallar artıq işləməyəcək. Bununla da, insanlar qanuni şirkətləri bilərək rahat müraciət edə bilərlər”.

Gülər Seymurqızı



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//eephaush.com/4/5013541