Türkiyə ordusuna qarşı döyüşə bilərik

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Suriya Prezidenti Bəşər Əsəd Türkiyənin ölkənin şimalında planlaşdırdığı antiterror əməliyyatlarına ilk dəfə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, Suriya ordusu bacardığı qədər türklərə qarşılıq verə bilər:

“Təbii ki, Suriya ordusu ölkənin hər yerində mövcud deyil. Lakin Suriya ordusu birbaşa hərbi müdaxilənin mümkün olduğu ərazilərdə qarşılıq verməyə çəkinməyəcək. 2,5 il əvvəl Suriya və Türkiyə orduları qarşı-qarşıya gəlmişdi”.

Qeyd edək ki, Türkiyə Suriyanın şimalında təhlükəsizlik bölgəsi ilə bağlı tədbirlərin tamamlanması üçün hərbi əməliyyat keçirəcəklərini açıqlayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu